Bu məktəblərdən gələn şikayətlərə baxılacaq
8 Oktyabr 2014 14:22 (UTC+04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yeni tədris ilindən
başlayaraq Bakı şəhərində rayonlar üzrə ayrı-ayrı məktəblərdə
keçirilən səyyar qəbullar davam etməkdədir. Movqe.az-ın Təhsil
İdarəsinə istinadla verdiyi məlumata görə, növbəti səyyar qəbullar
oktyabrın 11 - də Nərimanov və Yasamal rayonlarında keçiriləcək.
Nərimanov rayonu üzrə 177 №li məktəbdə keçiriləcək səyyar qəbula
34, 47, 73. 177, 202, 207, 304 №li məktəblərin müəllim və
valideynləri müraciət edə bilərlər.
Yasamal rayonu üzrə 53 №li məktəbdə keçiriləcək səyyar qəbula isə
53, 60, 153, 173, 175, 176 № li məktəblərin müəllim və valideynləri
müraciət edə bilərlər.
Səyyar qəbullar saat 10:00 – da başlayacaq və vətəndaşların
müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata
keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən
ibarətdir.
Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə
yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini
artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam
və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq
məqsədini daşıyır.