Payız çələngləri

9 Oktyabr 2014 09:05 (UTC+04:00)

Serbiyanın cənubundakı Leskovas şəhəri yaxınlığında yerləşən Donya- Lokoşnisa kəndi qırmızı bibərin paytaxtı hesab olunur: onun, demək olar ki, 1300 sakini bu və ya digər qaydada bibərin bu növünün yetişdirilməsinə cəlb olunub. Nəticədə hər il oktyabrda bibərləri qurutmaq üçün asan vaxt bütün kənd qırmızı rəngə boyanır.

Qurutma prosesində yalnız günəş içığı və külək iştirak edir. Bu sadə texnologiyadan artıq dörd yüz ildir ki istifadə edilir- kəndin sakinləri nəsildən-nəslə qırmızı bibər yetişdirməklə məşğul olurlar. Bu gün kənddə 5000-6000 ton təzə bibər yetişdirilir ki, ondan 500-600 ton qırmızı bibər alınır. Qırmızı bibər hazır olan vaxt kənddə Bibər günü qeyd edilir: bibərlərdən sürətlə çələng toxuyur və iştirakçılar arasından ən yaxşısını seçirlər. Yeri gəlmişkən, qonşu Macarıstanda da bibər paytaxtları vardır. Bunlar Kaloça və Seqedadır. Kaloçada həmçinin dünyada yeganə olan qırmızı bibər muzeyi də vardır.