Bakıda gənc xanımını öldürən kişi: "Onu çox istəyirdim"

8 Oktyabr 2014 18:54 (UTC+04:00)
Bakıda qətl törədilib. Nəsimi rayon prokurorluğundan verilən məlumata, hadisə Ruhulla Axundov küçəsi bina 6 mənzil 10 ünvanında qeydə alınıb. Fərdi yaşayış evində yaşayan 1979-cu il təvəllüdlü Abbasov Rabil Qabil oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1993-cü il təvəllüdlü Bağırova Səadət Əlikram qızını bıçaqlayaraq qətlə yetirib. Rabil Abbasov mərhum arvadını çox sevdiyini deyib: "Mən onu çox istəyirdim. Necə lazımdır, baxmışam ona".

21 yaşlı Səadət xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Saxlanılan şəxs ifadəsində həyat yoldaşının mobil telefonda mesaj yazdığının şahidi olduğunu deyib: "Yuxudan ayıldım, gördüm telefonda nəsə edir. Məni gördü, gizlətdi. Telefonu götürdüm, gördüm oğlanla yazışır. Mənə xəyanət edir. Xəyanət etdiyi üçün də ölməli idi".

Qeyd edək ki, bu onların hər ikisinin ikinci nikahı olub. Birgə nikahdan iki övladları olub. İdarədən APA TV-yə verilən məlumata görə, hec bir yerdə işləməyən Abbasov əvvəllər xuliqanlıq və narkotik vasitələrdən istifadə, daşıma və satma maddəsi ilə məhkum olunub.