Azərbaycanlı idmançı ermənini nakauta saldı - VİDEO

8 Oktyabr 2014 19:45 (UTC+04:00)
Gürcüstanın paytaxtı Tiblisidə erməni idmançı ilə qarşılaşan azərbaycanlı döyüşçü Şirxan Novruzəliyev rəqibini nakauta salaraq məğlubiyyətə uğradıb. Qarışıq döyüş növləri üzrə açıq turnirdə 4 ölkə iştirak edib. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan.  Movqe.az"Terkel" Tv-yə istinadən xəbər verir ki, yığmamızın heyətində Şəmkir MMA komandasının 4 üzvü də çıxış edib və onların hamısı medal qazanıb.

Yarımfinalda erməni rəqibi üzərində layiqli qələbə qazanan Şirxan Novruzəliyev finalda Gürcüstan təmsilçisini də məğlub edərək öz çəki dərəcəsində birinci olubn.