İŞİD yenidən Kobanidə

9 Oktyabr 2014 10:15 (UTC+04:00)
İŞİD terror təşkilatının yenidən Kobaniyə girdiyi iddia olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Suriya Demikratik Birlik Partiyasının (PYD) həmsədri Asya Abdullah məlumat yayıb.
Məlumatda İŞİD-in artıq 2 məhəlləyə girdiyi bildirilib və kütləvi mülki qətliam ehtimalı barədə xəbərdarlıq edilib. "İŞİD ağır texnika və tanklarla 2 məhəlləyə girib. Kütləvi mülki qırığın ola bilər".
Xatırladaq ki, ötən axşam "Reuters" Suriyadakı mənbəsinə istinadən, koalisiya qüvvələrinin bombardımanından sonra İŞİD-in KObanidən geri çəkildiyini xəbər vermişdi.