Şaiqin maşında olduğunu görən Sənan Əkbərov avtomobilə arxadan "Vinçestr" tüfəngi ilə atəş açıb. Atışma səsinə gələn Sənanın qardaşı Rauf Əkbərov, atası Şahəddin , həyat yoldaşı Təzəgül Əliyeva və Şaiqin yaxınları arasında dava olub. Əkbərovlar ailəsinin hər üç üzvünə xəsarət yetirilib.
Yaralılar yaxınları tərəfindən dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Hadisə yerinə 148-ci polis bölməsinin əməkdaşları gəliblər. Polislər maddi sübut kimi hadisə yerindən güllə gilizləri və 1 ədəd xəncər götürüb. Daha sonra şahidlərdən bir neçəsi izahatları alınması üçün polis bölməsinə aparılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.