Ebola xəstəliyinin arealı
genişləndikcə virusa yoluxmaq qorxusu artır.
Eekspertlər Qərbi Afrikada 7,500 insanın yoluxduğu virusdan
qorunmağın yollarını öyrənərək tövsiyyələr veriblər.
Belə ki, ebolaya yoluxma halları xəstə ilə birbaşa təmas zamanı baş
verir. Xəstənin qanı, qusuntusu, tüpürcəyi ölümcül virus daşıyıcısı
ola bilər.
Ən yüksək yoluxma riskinə xəstələrin yaxınları və onları müalicə
edən həkimlər məruz qalır, lakin eyni zamanda xəstələrin saxlandığı
yerə yaxınlaşan hər kəs üçün də bu risk mövcuddur.
Bu səbəbdən müvafiq qoruyucu geyimdən istifadə etmək vacibdir.
Virusdan qorunmaq üçün insan bədənini tamamilə ötrən xüsusi paltar,
əlcək, maska və qoruyucu eynək, rezin çəkmə geymək lazımdır, lakin
bu cür imkana az sayda adam malikdir.
Hətta qoruyucu paltardan istifadə etdikdə belə xlorinlə
dezinfeksiya olunmaq yaddan çıxarılmamalıdır.
Gözlərinizi qoruyun
Viruslu damcı dəriyə düşəndə onu sabunlu su və ya tərkibində spirt
olan təmizləyici məhlul ilə yumaq mümkündür. Həmin viruslu damcı
gözə düşəndə vəziyyət dəyişir. Misal üçün xəstənin asqırtısından
damcının gözə düşməsi virusa yoluxmya səbəb ola ola bilər. Eynilə,
ağızda selikli qişa, burunun içərisi və yaralı dəri vasitəsilə
virusa yoluxmaq ehtimalı yüksəkdir.
Camaşır
Ebolanın ən qorxulu əlamətlərindən biri qanaxmadır. Xəstələrdə
qanaxma gözdən, qulaqlardan, burundan, ağızdan və düz bağırsağdan
baş verə bilər. Qusuntu və ishalda da qan qarışığı ola bilər.
Bu səbəbdən təmizləmə işləri böyük risk kəsb edir.
İstifadə olunmuş camaşır və kliniki tullantılar
yandırılmalıdır.
Tibbi avadanlıq sterilizə olunmalıdır.
Hətta ən mikroskopik damcılar belə əşyaların üstündən
təmizlənmədiyi təqdirdə risk mənbəyinə çevrilir.
Virusun həmin damcıda qalıb nə qədər vaxt təhlükə mənbəyi olacağı
məlum deyil.
Masaya , qapı dəstəyinə və digər əşyalar üzərinə düşən viruslu
bakteriyaların 2 saat ərzində təhlükəli qaldığı məlumdur.
Qeyd edək ki, İspaniyada iki Ebola xəstəsinə qayğı göstərən tibb
bacısının onların müalicə olunduğu otağa 2 dəfə girdiyi məlumdur.
Hər iki halda həmin tibb bacısı xüsusi qoruyucu uniforma geyərək
bunu edib.
Virusdan dezinfeksiya olunmaq vasitəsi kimi sabunlu su, tərkibində
spirt olan təmizləyici mayelər və xlor məhlulundan istifadə səmərə
verir.
Eboladan tamam sağaldıqdan sonra isə xəstəlik keçirmiş şəxs artıq
virus mənbəyi və ya daşıyıcısı sayılmır.
Lakin sağalanların spermasında 3 ay ərzində Ebola virusu aşkar
edilə bildiyindən, həkimlər xəstəlikdən sağalmış kişilərə 3 ay
ərzində cinsi əlaqəyə girməməyi və ya həmin müddət ərzində əlaqə
zamanı prezervativdən istifadə etməyi məsləhət görürlər.
/ans/