Azərbaycanda şagird rekord vurub

18 İyul 2012 14:14 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 1 nəfər 700 bal toplayıb. 

Qeyd edək ki, bu şəxs Bakının 74 nömrəli məktəbinin şagirdidir. İmtahanda ikinci ən yüksək nəticəni 695 balla Cəlilabad rayon Xəlilli kənd orta məktəbinin şagirdi göstərib. Ümumilkdə III ixtisas qrupu üzrə 337 nəfər 600-dən yuxarı bal toplayıb. Xatırladaq ki, iyulun 14-də keçirilən imtahanın nəticələrinə əsasən, 9038 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Türkan Nadirqızı

Movqe.Az