Bakıda maşın 42 yaşlı kişini vuraraq öldürüb - FOTO

9 Oktyabr 2014 11:05 (UTC+04:00)

Bakının Suraxanı rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


APA -nın məlumatına görə, piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

 

Hadisə Əmircan qəsəbəsi Atamoğlan Rzayev küçəsində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan naməlum minik avtomobili yolun kənarı ilə evinə gedən qəsəbə sakini 42 yaşlı Elşən Hüseynbala oğlu Əzimovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən sürücü isə qaçıb. Mərhumun ögey oğlu Röyal Mehdiyev hadisə baş verən zaman atasının yanında olub.

 

Hadisə yerinə gələn yol polisi əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.