Bakı-Qazax yolun qəzaya uğrayan avtobusdan 2 cəsəd çıxarılıb

9 Oktyabr 2014 11:35 (UTC+04:00)

Bakı-Qazax yolunda baş vermiş dəhşətli qəza nəticəsində iki nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə başlayıblar. Hadisə yerində 2005-ci il təvəllüdlü İsgəndərov Fuad Amid oğlu və şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkar olunub.


Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 


Əməliyyat saat 04:40-da başa çatıb.


Qeyd edək ki, Göygöl rayonu Hacıməlik kəndi, Bakı-Qazax yolunun 364-cü kilometrliyində vətəndaşlara məxsus "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı sərnişin avtobusunun toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.