Eldar Qasımovdan yeni mahnı - Video

18 İyul 2012 14:20 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Eurovision-2011" beynəlxalq müsabiqəsinin qaliblərindən biri Eldar Qasımov rəsmi YouTube kanalında öz yeni "I’m Free" mahnısının akustik versiyasını təqdim edib. 

Qeyd edək ki, bu mahnını ifaçının özü "AzəriLife Music Entertainment" prodüser mərkəzində – DJ və prodüser Aligee (Əli Abasbəyli), eləcə də Rasif Babayev ilə birgə yazıb. Yeni hitin musiqi prodüseri Fərid Məmmədovdur. "I’m free"nin akustik versiyası üzərində Eldarla birgə tanınmış prodüser İsa Məlikov da çalışıb.

Türkan Nadirqızı

Movqe.Az