"Zaman sandığı" bir əsr sonra açıldı

9 Oktyabr 2014 12:42 (UTC+04:00)

Nyu Yorkda 100 il əvvəl bağlanılan və içində gələcəkdə oxunması məqsədiylə saxlanan məktub və ticarət sənədlərinin olduğu qutu təşkil edilən mərasimlə açılıb. 


NyuYorkda fəaliyyət göstərən Aşağı Wall Street İşadamları Dərnəyi tərəfindən 1914-ci ildə hazırlanan '' zaman qutusu '', Nyu York Cəmiyyəti Tarixi Muzeyində təşkil edilən mərasimlə açılıb.


 Xüsusi qrup tərəfindən təxminən 15 dəqiqə davam edən işdə qutunun qapağı sökülüb. 


Movqe.az xəbər verir ki, mərasim əsnasında sandıqla əlaqədar məlumat verən tarixçi Nik Yablon, qutunun əslində 1974-ci ildə açılmaq üçün saxlandığını, dərnəyin 1974-ci ildə yaşanan maliyyə böhranından sonra bağlanmasıyla, qutunun da itdiyini bildirib.


 90-cı illərdə bir küratör tərəfindən Manhattanın Çelsi bölgəsindəki  anbarda olan qutunun zaman tarixçiləri tərəfindən alınan ortaq qərarla, 2014-ci ildə açılmasına qərar verildiyini söyləyib.


Çıxışlardan sonra açılan bürünc qablı zaman sandığından çıxan və "Wall Street"li iş adamları tərəfindən hazırlanan 26 məktub, müxtəlif ticarət sənədlər, medal və kitablar mətbuat nümayəndələrinə göstərilib.