Bakıda 35 yaşlı kişi özünü yandıraraq intihara cəhd edib

9 Oktyabr 2014 13:07 (UTC+04:00)

 Neftçala sakini Bakıda intihara cəhd edib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün Rəşid Behbudov küçəsi-26 ünvanında qeydə alınıb.

 

Neftçala rayon sakini, 1979-cu il təvəllüdlü Fizuli Yusif oğlu Əliyev ailə münaqişəsi zəminində üzərinə etil spirti tökərək intihara cəhd edib.

 

F.Əliyev aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.