Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

9 Oktyabr 2014 13:13 (UTC+04:00)

Fasilələrin yaranması təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır



"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən anspress-ə verilən məlumata görə, bu gün saat 11:00-dan 13:00-dək Kürdəmir, saat 12:00-dan 14:00-dək Abşeron və Samux, saat 14:00-dan 16:00-dək Şəmkir, Sabunçu və İsmayıllı, saat 16:00-dan 18:00-dək Quba, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


Fasilələrin yaranması qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.