Qaraqan: "Həm seks, həm də sevgi..."
9 Oktyabr 2014 13:12 (UTC+04:00)
Yazıçı, reper Qaraqan
"ailəm.az" saytının "O..." rubrikasında sualları
cavablandırıb.
Axşam.az müsahibəni təqdim edir.
- Rəsmi, yoxsa
vətəndaş nigahı?
-
Sevgi.
- Sevgili, yoxsa
həyat yoldaşı?
- Sevimli həyat
yoldaşı.
- Seks, yoxsa sevgi?
- Təbii ki, hər
ikisi.
- "Qızlar", yoxsa
"qadınım"?
- Bu sözlərin heç biri uyğun gəlmir.
Hekayələr və roman - belə deyərdim.
- Dostlarınızda
nəyə önəm verirsiniz?
- Kişiliyə, sözü
açıqlığa, mərdliyə, əqidəliliyə.
-
Xaos, yoxsa nizam?
- Xaos, əslində, mürəkkəbliyini
anlamadığımız nizamdır.
-
Oxucu, ya dinləyici?
- Oxucular daha
sadiqdir. Oxucular məni 300 səhifə oxuyacaq qədər səbrlidir.
Mahnıları küçədən keçən də dinləyə bilər.
- Ədəbiyyat, yoxsa
musiqi?
- Ədəbiyyat beynimin,
musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı
sevirəm.
- "Milli Kitab
Mükafatı", yoxsa "Maşın Şou"?
- Qələbə yarışa qatıldığın an
bitir.
- Məşhur olmaq, yoxsa olmamaq?
- Heyvanxanadan qaçan meymun da bir
gün içində məşhur ola bilər. Hörmətli olmaq daha
vacibdir.
- Qaraqan intorvertdir, yoxsa
ekstravert?
- Ağıllı insanların
əhatəsində ekstravert, qalan bütün hallarda
introvert.
-
Koelyo, yoxsa Dostoyevski?
- "Yüz ölç bir biç" və "Bir işə
başlamaqdan əvvəl, təbii ki, görəcəyinizi işin bütün xırdalıqlarını
nəzərə alaraq, qəti fikirlərinizi və tərəddüdləri, şübhələri və
ehtimalları göz önünə alıb, onların müqayisəsindən gələn nəticəyə
uyğun olaraq seçiminizi etməlisiniz". Yəni zövq
məsələsidir.
-
"Beş mərtəbəli evin altıncı mərtəbəsi", yoxsa "Quqark"?
- Yalnız birincini
oxumuşam, ona görə bu haqda fikir bildirə
bilmərəm.
- Kabab, yoxsa
steyk?
- Steyk - well done,
BBQ sousu ilə.
- Azərbaycan, yoxsa başqa bir ölkə?...
- Vizasız sistem.
- Şərq, yoxsa
Qərb?
- Bir ömür sürəcək
dünya səyahəti.
-
Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
- Qadın dostum
yoxdur.
- Qadında
sevmədiyiniz 3 xüsusiyyət hansılardır?
- Azad olmaması, müstəqil olmaması,
bunun üçün savaşmaması.
-
Kişi üçün ən çox hansı önəmlidir? Yaraşıq, seksuallıq,
intellekt?
- Mənim üçün ən vacibi
yaxşı insan olmasıdır. Mənə qarşı yaxşı yox, ümumiyyətlə, işıqlı,
yaxşı insan olması. Daha sonra, intelekt və
seksuallıq.
- Xəyanətlə üzləşsəniz, reaksiyanız necə
olar?
- Xəyanət edənləri,
pislik edənləri, satqınlıq edənləri kompüterimə düşən zərərli fayl
kimi sistemdən silirəm. Səhv edənləri isə bağışlayıram. Bu planda
çox soyuqqanlıyam. Emosiyaya qapılmadan düşünə
bilirəm.
- Xoşbəxt olmaq
üçün nə lazımdır?
- Xoşbəxt olmaq
lazımdır ki?
-
Qəhrəmanınız kimdir?
- Bütün yaxşı
insanlar.
- Kimin yerində
olmaq istərdiniz?
- Öz yerim çox
rahatdır.
- Sizi ən çox hansı sual bezdirir?
- "Şəkil çəkdirmək
olar?"
- Nəyi etmədiyinizə
görə peşmanlıq çəkirsiniz?
- Məktəbi və universiteti vaxtında
atmadığıma görə. Çox vaxt müqabilində həddindən az bilik
verilirdi.
-
"H.O.S.T" olmasaydı, nə dəyişərdi?
- Həyat zəncirvaridir. Yaxın
dostlarımın hamısı köhnə "Host"çulardı. Səhnədə olan yox, səhnə
arxasında olan "Host"çular. İndi "HOST Madhouse" olub. Adamlar
eyni, ad fərqli.
-
Reinkarnasiyaya inansaq, dünyaya nə cür qayıtmaq
istərdiniz?
- Daha üst mənəvi
halda. Növbəti sınaqlar üçün.
-
İndiyə kimi yazdıqlarınız arasında sizi tam olaraq ifadə edən bir
cümlə...
- "Bir neçə Saatlıq"
mahnısı.
- Həyat fəlsəfənizi
hansı şüar ifadə edir?
- Həyat anından asılı
olaraq dəyişir.
-
"İndiki ağlım olsaydı..." – cümlənin davamını necə
bitirərdiniz?
- İndiki ağlım olsaydı,
beyin təzyiqi qazanardım. Hər şey vaxtında yaxşıdır.