“Davay, do svidaniya” meyxanasının yeni versiyası hazırlanır

18 İyul 2012 14:35 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Azərbaycanın məşhur meyxanaçıları İntiqam və Ehtiram Rüstəmov qardaşları onlara aid olan "Tı kto takoy? Davay, do svidaniya" qafiyəsinin müəlliflik hüququnu almağı planlaşdırırlar. 

Meyxanaçı bildirib ki, "Tı kto takoy? Davay, do svidaniya"nın yeni versiyası hazırlanır. Yeni meyxanaya Bakıda olan restoranlardan birində klip də çəkiləcək.

Qeyd edək ki, meyxanaçının sözlərinə əsasən, rus dilində 10 meyxanadan ibarət albom hazırlanır. Albomun adı "Tı kto takoy? Davay, do svidaniya" olacaq.

Türkan Nadirqızı

Movqe.Az