Sabah yağış yağacaq

9 Oktyabr 2014 15:20 (UTC+04:00)
Sabah intensiv yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, günün ikinci yarısında tədircən kəsiləcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yağış yağacağı proqnozlaşdırlır. Şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir ayrı-ayrı yerlərdə güclənəcək.Aran rayonlarında gecə 9-14, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.