Türkiyəli caz ifaçısı Bakıda konsert verəcək
9 Oktyabr 2014 16:03 (UTC+04:00)
Türkiyənin Azərbaycandakı
səfirliyinin təşəbbüsü ilə oktyabrın 10-16-da Bakıda keçiriləcək
"Türkiyə Caz Festivalı" çərçivəsində daha bir türk caz ustası
Bakıya gəlir.
Movqe.az-ın məlumatına görə, tanınmış
musiqiçi Şenay Lambaoğlu festivalın beşinci günündə Park Bulvar"
əyləncə mərkəzinin "Zeytun" restoranında konsert
verəcək.
Qeyd edək ki, "İçimdə
aşk var" adlı caz albomu ilə sevilən Ş.Lambaoğlu ölkəsində və
xaricdə bir çox festivallarda iştirak edib.
Proqram oktyabrın 14-də saat 21:30-da baş tutacaq. Konsertə
giriş sərbəstdir.