Google minlərlə çılpaq şəkli sildi

9 Oktyabr 2014 18:27 (UTC+04:00)

Google məşhurlardan götürülüb, onlayn yayımlanan "on minlərlə" çılpaq rəsmi aradan qaldırıb. 


İnternet nəhəngi istəklərdən növbəti "bir neçə saat sonra fotoşəkillərin silindiyini və "yüzlərlə hesabın bağlanıldığını" söyləyib. 


Açıqlama, Holivudun əyləncə həyatı vəkili Marti Singerin "gizlilik pozuntusu" üçün Google-ı məhkəməyə verməklə təhdid etdiyi xəbərlərindən sonra gəlib. 


Kiber oğrular tərəfindən hədəflənən məşhurlar arasında Kara Delevingne, Cenifer Laurens,Kate Apton, Rihanna, Kim Kardaşian və Meri Elizabet Vinstead də var.