Oktyabrın 17-də "Axrıncı dayanacaq" təqdim olunacaq

9 Oktyabr 2014 18:09 (UTC+04:00)
Oktyabrın 17-də Nizami Kino Mərkəzində qocalar evində yaşayan keçmiş polkovnikin həyatından bəhs edən "Axırıncı dayanacaq" filminin təqdimatı keçiriləcək. Movqe.az publika.az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in istehsalı olan "Axrıncı dayanacaq" ironik-komediya janrında çəkilib. Film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.
"Axırıncı dayanacaq" filminin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur. Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.