Ebola virusu insanı zombiyə çevirir?

10 Oktyabr 2014 09:07 (UTC+04:00)

Afrikanın Nimba qraflığında (Liberiya) kütləvi təşviş yaşanır. Yerli KİV məlumat verir ki, "Ebola qızdırması"ndan ölənlər dirilməyə başlayıb. Amma bu, onların yaxınlarını, heç də, sevindirmir, çünki dirilən ölü normal adam hesab edilə bilməz. Hələlik yeriyən ölülər arasında yalnız 40-60 yaşlarında qadınlar nəzərə çarpıb.

New Dawn qəzeti Qantadakı Ümid Kəndi cəmiyyəti və Katolik icmasından olan Dorris Kuot və Ma Kabehin dirildiyi haqda yazır. Hər iki qadın dairəni əhatə edən infeksiyadan ölsə də, həmkəndliləri dəfn üçün hazırlamağa gələn vaxt onları diri vəziyyətdə görüblər."Ebola qızdırması"na qarşı dərman hələ kəşf edilməyib. Qeyd edək ki, Qərbi Afrikada 5800 yoluxma hadisəsi baş verib və bunlardan 2800 halda ölüm qeydə alınıb.Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu xəstəlikdən olan ölüm səviyyəsi 70% təşkil edir. Əgər situasiyanı nəzarətə almaq mümkün olmazsa, yaxın dörd ay ərzində yüz minlərlə insan xəstəliyə yoluxa bilər, gələn il yanvarın sonuna qədər isə, təkcə Syerra-Leone və Liberiyada xəstələrin sayı 1,4 milyon nəfər olacaq.

Yerli əhali daim qəribə şayiələr yayır. Belə ki, bu yaxınlarda bildirilib ki, Nimbadan olan həkim qızdırmanı müalicə edə bilir. Ancaq tezliklə onun özü bu xəstəlikdən ölüb.Qeyd edək ki, "Ebola virisu" 1967-ci ildə- Marburqda biologiya laboratoriyasının əməkdaşı qəribə xəstəlikdən ölən vaxt aşkar edilib. Meyitin yarılmasından sonra məlum olub ki, onun içalatı tam olaraq qanlı sıyığa çevrilib. Həmin vaxt oxşar situasiyalarda Frankfurt və Belqraddakı biolaboratoriyaların da bir neçə əməkdaşı vəfat edib. Onların hamısı laboratoriyalarda Uqandadan gətirilmiş makaka meymunları üzərində əməliyyat aparıblar. Güman edilir ki, meymun meyitlərini yaran vaxt virus insanların da orqanizminə düşüb.1976-cı ildə həmin xəstəlik Zairdəki Yamkumba şəhərciyinin 300 sakinini də öldürüb. 1987-ci ildə sözügedən xəstəlikdən Keniya və Uqanda sərhədində pis adla məşhurlaşan Kitum mağarasında olmuş danimarkalı yeniyetmə Peter Kardinal və fransalı Şarl Mone da vəfat ediblər. 1995-ci ildə Zairdə Ebola virusundan yüzdən çox adam ölüb. Məlum olub ki, Ebola xəstəliyi dövri xarakterə malikdir: o, təqribən, on ildə bir dəfə- tam gözlənilmədən başlayaraq və sona çataraq baş verir.Bu faktların hamısı infeksiyanı bioloji silahla əlaqələndirməyə imkan verir. Axı ilk bu cür texnologiyalar məlum yoluxucu xəstəliklərin viruslarından istifadə ilə bağlı olub. Hələ İkinci Dünya müharibəsi dövründə yaponiyalı polkovnik İsiya Çin sakinləri üzərində bir sıra kəskin epidemiolji xəstəliklərin (taun, vəba, qarayara) törədicilərini sınaqdan keçirib. Nəticədə bir milyona yaxın insan məhv olub.1960-cı illərdə amerikalılar uzunçəkən inkubasiya dövrünə malik olan və erkən mərhələlərdə xəstəliyə diaqnoz qoymaq və karantin tədbirləri görmək mümkün olmayan ikinci nəsl bakterioloji silah hazırlamağa başlayıblar.Qeyd edək ki, beynəlxalq biologiya konfranslarından birində immuniteti məhv edə bilən silah haqqında söhbət açılıb. Heç kəs bunu ciddi qəbul etməyib. Eyni zamanda 1969-cu ilin iyulunda ARPA Hərbi Tədqiqat Agentliyinin direktoru, doktor Mak-Artur ABŞ Konqresi qarşısında çıxış edərək bildirib ki, yaxın on il ərzində təbii immunitetin gücsüz olduğu bioloji agent hazırlanacaq. O vaxt bu tədqiqat üçün maliyyə vəsaiti müdafiə naziri Robert Maknamara tərəfindən ayrılıb.Keçən yüzilliyin ikinci yarısında dünyanın müxtəlif yerlərində dəfələrlə yüzlərlə insanın həyatına son qoyan kütləvi epidemiyalar baş qaldırıb. Onların səbəbi isə hələ də məlum deyildir.Bəs əgər insanı öldürməyərək zombiyə çevirən bioloji silahlar mövcuddursa, necə? Afrikada buna digər yerlərə nisbətən daha çox inanırlar. Rusiyalı anomal təzahürlər tədqiqatçısı A. Qorbovcki özünün "Başqa dünyalar" kitabında məlumat verir ki, insanların zombiyə çevrilməsi praktikası Haiti adalarına "vudu" kahinləri və qaradərili daqomey qulları tərəfindən gətirilib. Onun mahiyyəti belədir: əvvəlcə zombiyə çevriləcək adamın yeməyinə ikidişli balığın orqanizmindən çıxarılmış əsəb-ifliedici zəhər- tetrodotoksin qatırlar. Bunun nəticəsində tənəffüs dayanır, bədənin səthi göyərir, gözlər isə ölgünləşir... İnsan ölü kimi görünür.Bir neçə gündən sonra ölmüş adamı qəbirdən oğurlayır və xüsusi manipulyasiyalar yolu ilə həyata qaytarırlar. Zombilər özünü tam dərk etmirlər, onlar özlərinin kim və harada olduqlarını anlamadan çox vaxt mənasız olaraq qarşılarına baxırlar. Bununla belə, bəzən onların şüuru və yaddaşı bərpa olunur.Bunun necə olmasından asılı olmayaraq, bu cür hallarda mistik heç nə yoxdur: insanları ölmüş kimi qəbul edirlər. Bəs Nimbadan olan qadınlarla nə baş verib? Və doğrudanmı onlar "Ebola qızdırması"na tutulublar? Təəssüf ki, bununla bağlı hələlik heç bir elmi və ya tibbi sübut yoxdur.