Parkinson xəstəliyi üçün effektiv preparat tapılıb

10 Oktyabr 2014 09:19 (UTC+04:00)

Kaliforniya Universitetinin nevroloqları yeni tədqiqatın gedişində aşkar ediblər ki, tam başqa bir pozuntuda istifadə edilən preparat siçanlarda Parkinson xəstəliyinin inkişafını ləngitməkdə kömək edib.

Xüsusilə Qoşe xəstəliyini müalicə edən AT2101 zülalı hərəkət funksiyasını yaxşılaşdırıb, Beyində iltihabın və Parkinson xəstəliyində iştirak edən alfa-sinukleinin səviyyəsinin aşağı düşməsinin qarşısını alıb. Xəstəliyin dəqiq səbəbi məlum olmasa da, bəzi məlumatlar alfa-sinuklenin cəmlənməsini bu xəstəlikdə hamı üçün ümumi amil olduğunu göstərir. Güman edilir ki, sözügedən zülal baş beyində hərəkət və koordinasiya da daxil olmaqla bir sıra funksiyaları tənzimləyən dopamin ifraz edən neyronları məhv edir. Dopamin çatışmazlığı Parkinson xəstəliyi ilə əlaqədardır. Nevroloq Mariye-Fransoiz Çessellt bildirir: "İlk dəfə Qoşe xəstəliyi üçün nəzərdə tutulan birləşmə Parkinson xəstəliyi olan siçanlarda testdən keçirilib və özünün effektivliyini göstərib. Bu tədqiqatın ümidverici nəticələri güman etməyə imkan verir ki, preparatın sonrakı tədqiqi Parkinson xəstəliyinin müalicəsində özünü doğruldacaq".

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, AT2101 zülalı Qoşe geninin mutant variantı olmayan siçanlarda da Parkinson xəstəliyinin müalicəsində effektivdir.