Türkeşin mühafizəçisinin Qarabağ savaşından - Fotosu

9 Oktyabr 2014 19:48 (UTC+04:00)

Qarabağ savaşında iştirak etmiş məşhur türk komandos Yusif Ziya Arpacığın yeni fotosu yayımlanıb. Movqe.az xəbər verir ki, yeni foto Feysbukda yaradılmış "Karabakh War Pictures" səhifəsində yerləşdirilib. Yayımlanan fotonun Tovuzun Əlibəyli kəndi istiqamətində çəkildiyi güman edilir. Qeyd edək ki, Yusif Ziya Arpacıq 1992-ci ildə Azərbaycana könüllü gələrək burada döyüşlərdə iştirak edib. Onun bura göndərilməsində Türk Dünyasının məşhur ismi, MHP-nin qurucusu Alparslan Türkeşin böyük rol oynadığı deyilir. Belə ki, 500 nəfərdən ibarət təqaüddə olan türk hərbçilərinin birləşdiyi "Rüzgar Birliyi" batalyonunu Arpacığın rəhbərliyi altında Qarabağda savaşa göndərib. Arpacıq Qarabağdan sonrakı dövrlərdə dünyanın bir çox yerlərində türk düşmənlərinə qarşı savaşıb. Onun 2003-cü ildə Kərkük türklərinin ABŞ ordusu və kürdlərə qarşı müqavimətini təşkil etdiyi, həmçinin onlara rəhbərlik etdiyi deyilir. Sonrakı dövlərdə bu türk komandosunun adı Ergenekon cinayətində hallandı. Onun məşhur general Vəli Kiçik Paşanın birbaşa nəzarətində olduğu söylənilir. Yusif Ziya Arpacıq bir müddət Alparslan Türkeşin şəxsi mühafizəçisi kimi çalışıb.