Azərbaycanda Fond beynəlxalq konfrans keçirəcək
9 Oktyabr 2014 18:43 (UTC+04:00)
Elmin İnkişafı Fondu 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransını
keçirəcək.Movqe.az xəbər verir ki, oktyabrın
21-22-də Bakıda Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə
dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı
keçiriləcək.
Beynəlxalq konfransda 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq
qrant müsabiqəsi çərçivəsində birgə yerinə yetirilən
fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il
ərzində alınmış elmi nəticələr məruzə ediləcək, monitorinq
xarakteri daşıyan müzakirələr aparılacaq, birgə qrant müsabiqələri
yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə
məsləhət və tövsiyələr veriləcək.
Konfransdan əvvəl BRFTF ilə EİF-in birgə qrant Komissiyasının
iclası keçiriləcək, 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant
müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr
aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza
işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq
razılaşdırılacaq. 2-ci müsabiqənin konfrans ərəfəsində elan
olunması planlaşdırılır.
Qeyd edək ki, 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində
Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və
Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında
əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb. Bu məsələ
Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın müxtəlif illərdə
keçirilmiş iclaslarının protokollarına da daxil edilib. Sazişə
əsasən, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən
ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə
yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi
istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək,
beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir
elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq
məqsədilə 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant
müsabiqəsini elan edərək keçirib.
Bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan
edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000
manat olub