Müdafiə Nazirliyi bildirir ki,
cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 22 dəfə pozulub. Nazirliyin mətbuat xidmətindən
Movqe.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və
bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun
Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı
kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli
rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli
kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı
Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub