Sumqayıtdakı dəhşətli yanğınla bağlı rəsmi məlumat-1 ölü,6 yaralı

10 Oktyabr 2014 11:05 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı "Karvan" Ticarət Mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Movqe.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Məlumatda bildirilib ki, ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb. Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub.

Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Yanğın saat 21:58-də söndürülüb.