10-dan artıq rayonun qazı kəsilir

10 Oktyabr 2014 12:15 (UTC+04:00)

Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.  "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, qaz nəqli sistemində və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması, həmçinin mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 12:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 14:00-dək Yasamal rayonunun bir hissəsinə, saat 15:00-dək Xaçmaz rayonunun bir hissəsinə, saat 12:00-dan 16:00-dək Şamaxı rayonunun bir hissəsinə, saat 14:00-dan 16:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Ucar və Zərdab rayonlarına, saat 19:00-dək isə Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.