Almaz Ələsgərli: “Sevgilim xaricdə yaşayır”

10 Oktyabr 2014 11:25 (UTC+04:00)

Almaz Ələsgərli "10LAR" da yeni etirafa imza atıb. Gecce.az xəbər verir ki, diva Aygün Kazımova bu yaxınlarda yeni sevgilisini xaricdə yaşaması və ürəyinin boş olmaması  ilə bağlı etiraflar etmişdi. Görünür, onun bu açıqlamaları həmkarı xanım Əlsəgərovanı da etiraf etməyə vadar edib. Belə ki, sevib-sevilən müğənni çox xoşbəxt olduğunu qızlarının onun seçiminə hörmətlə yanaşdığını deyib. Daha bir maraqlı açıqlama verən Almaz sevgilisinin Azərbaycanda deyil, xaricdə yaşadığını da söyləyib. "O burda yox, xaricdə yaşayır. Gərək incəsənət adamı sevsin. Onda sənəti üzərində də işləməyə həvəs yaranır. Tənbəllik mənlik deyil. Uşaqlıqdan tənbəl olmamışam."Sevgi mövzusundan sənət mövzusuna məharətlə keçən Almaz yeni nəsil müğənniləri dürüst olmamaqda qınayıb." İndikilər bu sənətə asan gəlirlər. Səviyyəsiz bir şaiyə edirlər. Bir dənə də klip çəkdirirlər. Baxsan heç səsi klipdəki səsə bənzəmir. Kompyüterlə yığırlar. İndiki gənclər internetdəki baxış sayının çoxluğuna güvənirlər. Mənə belə şeylər çatmır. Əsas xalqın sevgisi olmalıdır. "