"Bizdə qadını boşamazlar" (FOTO)
10 Oktyabr 2014 13:30 (UTC+04:00)
Haqlarında boşanma xəbərləri yayılan azərbaycanlı model Günay
Musayeva tanınmış türk aktyoru Tolqa Karellə birlikdə görüntülənib.
Cülük barışıb. Ötən gün onlar barışmalarını birlikdə qeyd ediblər.
Onlar birlikdə gecə gəzintisi zamanı jurnalistlərin hədəfinə tuş
gəliblər. T.Karel əyləndikləri məkandan çıxarkən jurnalistlərin
suallarını cavablandırıb. O, jurnalistlərin boşanma barədə
suallarına belə cavab verib: "Bizdə qadını boşamazlar".
Bir cümləlik açıqlamadan sonra o həyat yoldaşı ilə maşınına doğru
gedib. Bu zaman aktyor G.Musayevanın qarşısına keçib. "Bizdə
belədir... Kişi öndən, qadın bir addım arxada".
Qeyd edək ki, G.Musayevada ötən gün türk mətbuatına müsahibə
vermişdi. O, ada hər ailədə olduğu kimi ailəsində problemlərin
olduğunu deyib. "Amma mən ailəmlə ayrılmamışam. Birlikdəyik,
xoşbəxtəm".