Sürücülərin nəzərinə: Böyükşor şossesi bağlanır

10 Oktyabr 2014 13:45 (UTC+04:00)

Bu gün Bakıda nəqliyyatın intensiv hərəkət etdiyi yollardan birində hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Movqe.az-a verilən məlumata görə, bu gün saat 12:00-dan 18:00-ə kimi Böyükşor şossesində (şəhər ist.) intellektual sürət istiqamət tablolarından ibarət olan metal konstruksiyanın quraşdırma işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdidiyyətlər qoyulacaq.