"Survivor" yarışmasının qalibi serialda çəkilmək təklifi alıb

18 İyul 2012 15:05 (UTC+04:00)


Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə keçirilən "Survivor" yarışmasının qalibi Nihat Altınkaya serialda çəkilmək təklifi alıb. "Bir Zaman Osmanlı-Kiyam"da  çəkilən Cemal Hünalın yerinə Nihat Altınkaya çəkiləcək. Cemal Hünal yeni sezon üçün maaşın qaldırılmasını tələb etmişdi , lakin buna nail olmadığı üçün serialda çəkilməkdən imtina edib.