Putinin pələngi Çinə getdi

10 Oktyabr 2014 15:43 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putinin keçən 22 mayda təbiətə buraxdığı Kuzya adlı pələngin Çinə keçməsi Moskva rəhbərliyini həyəcana salıb. Rus mətbuatına görə, üzərində peyk təqib cihazı olan 19 aylıq olan Kuzya, bazar günü sərhəddəki Amur Çayından Çin tərəfinə keçib. Kuzyanın bu bölgədə yaşamasının çətin olacağına inanan Rus xarici işlər səlahiyyətliləri, lazım olsa Çin orqanları nəzdində Kuzyanın geri gətirilməsi üçün addım atmağa hazırlaşır.