Azərbaycanda "falçı-cadugər Timur" kimi tanınan Timur Nəsirov
qətlə yetirilib. Movqe.az xəbər verir ki,bu barədə publika.az-a
Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər
tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə
gətirilməyi ailədə narazılığa səbəb olub.
Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin
şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində
Nəsirov qətlə yetirilib.
Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər
saatlarında Timurun ailəsi onun meyitini gətirmək üçün Dağıstana
yola düşüblər.
Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan "Adam içində" verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.