Yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb
10 Oktyabr 2014 14:45 (UTC+04:00)
2014-cü ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda
yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz
bahalaşıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində
hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə
12,5 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 19,1 faiz
bahalaşma müşahidə olunub.Sentyabr ayında boru kəməri vasitəsilə
neftin nəql olunma tarifi 1,1 faiz ucuzlaşıb, MDB ölkələrinə dəniz
nəqliyyatı vasitəsilə yükdaşıma tarifləri isə sentyabrda 6 faiz
ucuzlaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə,
dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə sentyabr
ayında heç bir dəyişiklik müşahidə olunmayıb.