Bakıda məşhur Çay Evi fahişəxana çıxdı- “New Life”

10 Oktyabr 2014 15:55 (UTC+04:00)
Binəqədi rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb.  Movqe.az-ın DİN-in saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası aşkarlanıb. Xaçmaz rayon sakini Heybət Nemətovun Binəqədi rayonu ərazisindəki "New Life" çay evində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi məlum olub.