İlham Əliyev: "Regional təhlükəsizlik məsələləri narahatlıq doğurur"

10 Oktyabr 2014 15:54 (UTC+04:00)

Bunu Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçılarının Minskdə keçirilən Sammitində çıxışı zamanı deyib.


Dövlət başçısı bildirib ki, Birlik ölkələrinin əməkdaşlığı təhlükəsizlik sahəsində problemlərin həlli üçün yaxşı nəticələr verə bilər: "Azərbaycan MDB-də iştiraka böyük əhəmiyyət verir, təşkilat çərçivəsində çox məsələlərdə müsbət işlər görülüb. Bizdə iqtisadi sferada yaxşı nəticələr var."


İ.Əliyev regional təhlükəsizlik məsələsinə də toxunub: "İndi regional təhlükəsizlik məsələləri narahatlıq doğurur. Yaxın Şərqdə formalaşan vəziyyət bizi də, Avropanı da narahat edir."