Facebook qurucusu Hindistanda

10 Oktyabr 2014 17:10 (UTC+04:00)

Sosial şəbəkə saytı Facebookun qurucusu Mark Zukerberg, internet bağlılığının  insan haqqı olduğunu söyləyib.


Movqe.az xəbər verir ki, Zukerberg, Hindistanın paytaxtı Yeni Delhidə təşkil edilən "Internet.org" zirvəsinin açılışında etdiyi çıxışında, internetə çıxış imkanının , "öz nəsillərinin başlıca mübarizə sahələrindən biri" olduğunu ifadə edərək, "Hamı üçün işləyən bir internetin yaradılmasına kömək etmək istəyirik" deyib.


Hindistanda bir milyarddan çox nəfərin, internetə baxmadığına diqqəti çəkən Zukerberg, internetə bağlılığın, təkcə zəngin və güclü kəslərin imtiyazı ola bilməyəcəyini söyləyib və "Bu, hər kəsin paylaşdığı bir şeydir, hamı üçün bir fürsət olmalıdır" deyə bildirib.


Facebookun 30 yaşındakı qurucusunun, sabah Hindistan Baş naziri Narenda Modi ilə görüşməsi gözlənilir.