Təhsil naziri müəllimləri mükafatlandırıb

10 Oktyabr 2014 17:41 (UTC+04:00)

 Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin əməyini yüksək qiymətləndirib.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, nazirin əmri ilə təhsilin inkişafı sahəsində xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin işçiləri və idarənin tabeçiliyində olan məktəblərin təhsil işçiləri təltif edilib.

 

Bakının müxtəlif məktəblərində çalışan 18 müəllim, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, 7 müəllim isə  "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə mükafatlandırılıb.