Liviyada seçkilərin nəticələri açıqlanıb

18 İyul 2012 16:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Liviyada keçirilən seçkilərin nəticələri açıqlanıb. 48.8 səslə partiya siyahılarında birinci sırada iştirak edən Mahmud Cəbrailin rəhbərlik etdiyi Milli Güclər İttifaqı Partiyası parlamentdə 39 yerlə təmsil ediləcək. Seçki nəticələri Trablusdakı Rixos Oteldə Liviya Milli Şurasının sədri Mustafa Abdulcəlil, Liviya Milli keçid Şurası rəhbər köməkçisi Mustafa əl-Hubi, Libya Baş naziri Abdurrahim əl-Keibler və Baş nazir Köməkçisi Mustafa Əbu Şakurun da iştirak etdiyi yığıncaqda elan edilib. Yığıncaqda Qurucu Məclisə daxil olan 120 müstəqil namizədin adı açıqlanıb. Yerdə qalan 15 yer isə digər kiçik partiyalar arasında bölüşdürülüb.