İrəvanda gərginlik: ermənilər ayağa qalxdı - Fotolar

11 Oktyabr 2014 00:54 (UTC+04:00)

İrəvanda Ermənistanın Avropa İqtisadi Birliyinə daxil olmasına qarşı kütləvi akaiyalara başlanılıb. Movqe..az-ın məlumatına görə, əsas müxalifət partiyalarının dəstəklədiyi mitinqdə minlərlə insan qatılıb. "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" partiyalarının iştirak etdiyi "Parlament üçlüyü" adlanan siyasi təşkilatlar kütləvi aksiya vasitəsi ilə ökədəki iqtisadi vəziyyətə, Sarkisyan hakimiyyətinin siyasətinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etirazlarını bildiriblər. Sarkisyana istefa şüarları səslənən mitinqdə 12 tələb irəli sürülüb. Xatırladaq ki, bu gün Minskdə Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə imzalanıb.