" Öyle Bir Geçer Zaman Ki" serialındakı Cəmilə kökəlməyə çalışır
18 İyul 2012 15:19 (UTC+04:00)
Movqe.Az Türkiyə
mətbuatına istinadən xəbər verir ki, " Öyle Bir Geçer Zaman
Ki" serialının baş qəhrəmanlarından biri olan Cəmilə yeni sezon
çəkilişləri üçün kökəlməyə çalışır. Serialın ilk çəkilişləri avqust
ayının əvvəlinə təsadüf edəcək. Aktrisa Ayça Bingöl bildirib ki:"
Serial 10 il sonradan başlayacaq və buna görə də mən 4 uşaq anası
kimi, çox incə görsənməyim tamaşaçılar üçün inandırıcı olmaz. Ona
görə indi başqalarından fərqli olaraq, mən kökəlməyə
çalışıram".