İŞİD-lə Əl-Qaidə birləşir

11 Oktyabr 2014 11:05 (UTC+04:00)

Əl-Qaidə terror təşkilatı bir bayraq altında birləşmək üçün İŞİD-ə müraciət edib.Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Washington Times" məlumat yayıb.

Məlumatda bildirilir ki, Əl-Qaidə terror təşkilatının lideri bütün qruplaşmalara müraciət edərək bir-birilərini qırmağı dayandırmağa çağırıb. O, "qardaşlar"a birləşərək İraq və Suriyada koalisiya qüvvələrinə qarşı birgə mübarizə aparmağı təklif edib.