Əsgərlərə atəş açıldı: 4 yaralı

11 Oktyabr 2014 12:12 (UTC+04:00)
Türkiyə-Suriya sərhədində atışma olub.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri açıqlama yayıb.

Açıqlamaya görə, ötən gün Kobaniyə İŞİD tərəfindən edilən hücumlara etiraz etmək üçün 4-5 min adam sərhəddə aksiya keçirib. Nümayişçilər minalı sahəyə daxil olublar. Bu vaxt Suriya ərazisindən başqa bir qrup sərhəddəki türk əsgərlərinə atış açıb. Əsgərlər dərhal cavab atəşi açıblar. Tərəflər arasında qısamüddətli atışma olub.

Atışma zamanı Türkiyə ərazisində etiraz aksiyası keçirənlərdən biri ağır olmaqla 4 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.