ABŞ-da etirazlar qarşıdurma yaratdı

11 Oktyabr 2014 13:05 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Sent Luis və Ferquson şəhərlərində son iki ayda polis tərəfindən ölüdürlən iki qaradərili gəncin xatirəsinə yürüşlər keçirilib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki , Sent Luis şəhərində baş tutan aksiyada fəallar təhlükəsizlik qüvvələrini irqçilikdə ittiham edib, onlara qarşı şüarlar səsləndiriblər. Aksiya zamanı bir qrup fəal Amerika bayrağını yandırıb və polisə qarşı zorakı hərəkətlər nümayiş etdirib. Zorakılıq törədən iki nəfər həbs olunub. Məlumata görə, qarşıdurmalar zamanı bir polis əməkdaşı xəsarət alıb.

İki gün öncə Sent Luis şəhərində 18 yaşlı qaradərili gəncin öldürülməsi ştatda gərginliyin yenidən artmasına səbəb olub. Qaradərili vətəndaşlar cinayətin irqi zəmində baş verdiyini iddia etsə də, polis gəncin əlində silah olduğunu məruzə edib.