Konte: "Azərbaycan İtaliyaya müdafiədə "oturmağa" gəlmişdi"

11 Oktyabr 2014 16:04 (UTC+04:00)
"Futbolçuları tənqid etmək istəmirəm. Onlardan şikayətlənməyə haqqım yoxdur".

Movqe.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisiAntonio Konteyığmamızla oyundan (2:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, komandasının aşkar üstün olduğunu və Azərbaycan millisinin yalnız müdafiə olunduğunu bildirib: "Azərbaycan bizim qapımıza zərbə endirməyi də bacarmadı. Rəqib təsadüfən vurulan qol sayəsində ümidləndi. Bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan İtaliyaya müdafiədə "oturmağa" gəlmişdi. Rəqibin qol ümidi standard vəziyyətlər idi. Ancaq heyətlərində yaxşı futbolçular da var. Şadam ki, ikinci qolu vurduq. Heç-heçə bizim üçün çox pis nəticə olardı".