Bakıda avtomobil yandı

11 Oktyabr 2014 16:06 (UTC+04:00)

Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.