Mitinqdə izdiham: 7 ölü, 40 yaralı
11 Oktyabr 2014 17:00 (UTC+04:00)
Pakistanın Multan şəhərində təşkil edilən mitinq izdihamı faciə ilə
nəticələnib.
Movqe.az milli.az-a istinadən xəbər verir ki, Pakistanın cənubunda
yerləşən Multan şəhərində hökumətə qarşı keçirilən mitinqdə 7
nəfərin öldüyü, 40 nəfərin isə yaralandığı bildirilir. Bir
müddətdir davam edən etriaz aksiyalarına Pakistan Ədalət Hərəkatı
(PTİ) sədriİmran Xanbaşçılıq edir.
Ötən gün Multan şəhərində baş tutan mitinqdə o da iştirak edib və
çıxışında xalqa səslənib. Elə izdiham da məhz onun çıxışından sonra
baş verib.
Mitinqdə yaranan izdiham nəticəsində çox sayda etirazçı xəsarət
alıb. Yaralılar dərhal Nişter xəstəxanasına çatdırılıb. Onlardan
bir neçəsi aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Bu
barədə xəstəxanın həkimiAşiqdə faktı təsdiqləyib.