ABŞ Türkiyəni tələsdirir

11 Oktyabr 2014 18:04 (UTC+04:00)
ABŞ Türkiyənin İŞİD-lə mübarizəyə mümkün qədər tez qoşulmasının tərəfdarıdır.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Ağ Ev Türkiyənin İŞİD terror təşkilatına qarşı qurulan beynəlxalq koalisiyaya qoşulmasının vacibliyini diqqətə çatdırıb.

ABŞ Prezidentinin terrorla mübarizə üzrə müşaviriLiza Monakoötən gün MİT-in (Türkiyə Milli Kəşfiyyat İdarəsi) müşaviriHakan Fidanla görüşüb.

Monako ABŞ-ın İraq və Suriyada davam edən hərbi əməliyyatlarında Türkiyənin dəstəyinə görə təşəkkürünü bildirib. O, İŞİD-in zəifləməsi və nəhayət, məhv edilməsinə aid hərtərəfli strategiya çərçivəsində türk köməyinin vacibliyini vurğulayıb.