Ac-susuz Şanxaydan Los Ancelesə getdi

18 İyul 2012 16:45 (UTC+04:00)
Movqe.Az bildirir ki, Çin dilində "Salam" mənasını verən "Ni Hao" adı qoyulan pişik, Şanxayda mindiyi konteynerdə iki həftə qalıb. Ac və susuz şəkildə Los Ancelesə çatan pişik taqətsiz vəziyyətdə olub.

Baytar Dairəsi idarəçisi Marsia Mayeda, bala pişiyin çox dözümlü olduğunu, bir neçə gün içində tamamilə sağlamlığına qovuşacağını söyləyib.

Mayeda, əslində 60 gün nəzarətdə qalması lazım olan pişiyin vaxtından tez yeni sahibinə qovuşa biləcəyinə də əmin olduğunu bildirib.