“Google” cinayətkarların axtarışında

18 İyul 2012 15:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Google və ABŞ Xarici İşlər Şurası (CFR) beynəlxalq şəbəkələrin tutulması üçün əməkdaşlıq edəcək. Narkotika və insan alveri ilə məşğul olan şəbəkələrin, terroristlərin internet vasitəsilə təmin etdikləri təşkilatların ortaya çıxarılması üçün birlikdə mübarizə etməyə hazırlaşan Google və Xarici Əlaqələr Şurasının nümayəndələri bu gün və sabah Kaliforniyadakı konfransda görüşərək "Qlobal cinayətlələ mübarizə" adlı strategiya formalaşdıracaqlar. Bu məsuliyyətin Google-a verilməsinin yerində bir qərar olduğunu düşünən Birləşmiş Millətlər Təşkilatının müşaviri Rani Hong, "Beynəlxalq cinayətkarların tutulması üçün lazım olan güc və vasitələr Google da var" deyib.